SON XƏBƏR

İlham Əliyevdən İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı fərman

Oktyabr 09
13:05 2024
İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsində dəyişiklik edilib.

Qlobal.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Fondun nizamnamə kapitalı 980 milyon 700 min manatdan 1 milyard 68 milyon 400 min manata qaldırılıb.

İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 2024-cü ilin dövlət büdcəsindən Fonda ayrılan 87 milyon 700 min manat hesabına təmin ediləcək.

Maliyyə Nazirliyinə bu Fərmanda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Fond bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook