İlham Əliyev yeni hakimlər təyin etdi - SƏRƏNCAM
Dekabr 30
22:32
2015
Azərbaycan Prezidenti İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, aşağıdakı şəxslər birinci instansiya məhkəmələrinin sədrləri təyin edilsinlər:
Nəbiyev Mahmud Yusif oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri
Əliyev Natiq Mürsəl oğlu - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədri
Süleymanov Əli Ziya oğlu - Cəlilabad Hərbi Məhkəməsinin sədri
Kazımov Elçin Məmməd oğlu - Lənkəran Rayon Məhkəməsinin sədri
İlham Əliyev başqa bir sərəncamla Azərbaycan Respublikası Ali Məhkəməsinin aşağıdakı hakimlərini həmin məhkəmənin kollegiya sədrləri təyin edib:
Şəlalə Ağakərim qızı Məmmədova - Mülki Kollegiyanın sədri
Hikmət Abbas oğlu Mirzəyev - İnzibati-İqtisadi Kollegiyanın sədri
Şahin Yaşar oğlu Yusifov - Cinayət Kollegiyasının sədri
Prezident həmçinin Gəncə Apellyasiya Məhkəməsinin sədrinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Tapdıq Şükür oğlu Mahmudov Gəncə Apellyasiya Məhkəməsinin sədri təyin edilib.
Qaynar.info



