SON XƏBƏR

İlham Əliyev Vladimir Putini təbrik etdi

İyun 13
15:48 2022
Prezident İlham Əliyev Rusiya Günü münasibətilə həmkarı Vladimir Putini təbrik edib.

Bu barədə İyunun 12-də Prezidentin mətbuat xidməti məlumat yayıb. 

"Xalqlarımızı bir-birinə bağlayan çoxəsrlik dostluq və mehriban qonşuluq telləri Azərbaycan-Rusiya strateji tərəfdaşlığının və çoxplanlı əməkdaşlığının davamlı inkişafının etibarlı əsasıdır. 

Ölkələrimizin ikitərəfli gündəlikdəki məsələlərin geniş spektri üzrə qarşılıqlı fəaliyyəti xüsusi məmnunluq doğurur.

Cari ilin fevral ayında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti barədə Bəyannamənin imzalanması son otuz il ərzində yaranmış dövlətlərarası əlaqələrimizin yüksək səviyyəsini təsbit edib.

Əminəm ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər xalqlarımızın və ölkələrimizin rifahı naminə birgə səylərimizlə bundan sonra da durmadan möhkəmlənəcək və genişlənəcək.

Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Rusiyanın dost xalqına əmin-amanlıq və firavanlıq arzu edirəm”, - təbrik mesajında qeyd olunub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook