İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub
Oktyabr 07
12:17
2020
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı Rusiya Prezidentini ad günü münasibətilə təbrik edib, Rusiyanın inkişafı və firavanlığı naminə dövlətçilik fəaliyyətində ona yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.
Telefon söhbəti zamanı dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yaranmış vəziyyəti müzakirə ediblər.



