SON XƏBƏR

İlham Əliyev və Mehriban Əliyeva Şəkiyə səfər etdi

Dekabr 02
14:41 2022
İlham Əliyev Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.

***

Prezident, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəkinin Orta Zəyzid kəndində "Green Factory” Məhdud Məsuliyyətli Cəmiyyətinin quru meyvə istehsalı müəssisəsində yaradılan şəraitlə tanış olublar.

***

İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olublar.

***

İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şəki Xan məscidi-qəbiristanlıq kompleksində aparılmış bərpa işləri ilə tanış olublar.
 
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəki rayonuna səfər ediblər.

Qlobal.az xəbər verir ki, dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Ümummilli Lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook