İlham Əliyev və Mehriban Əliyeva Goranboyda xəstəxananın açılışında
Mart 03
15:38
2020
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva martın 3-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev xəstəxanada yaradılan şəraitlə tanış olub.
Sonra Prezident İlham Əliyev bu tibb ocağının kollektivi ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.



