SON XƏBƏR

İlham Əliyev: "Qiymətlərin sabit saxlanması əsas vəzifəmizdir"

Yanvar 01
09:43 2016
"Regionda böhranın dərinləşməsinə baxmayaraq Azərbaycan 2015-də uğurla inkişaf etdi. Əsas vəzifəmiz xalqın təhlükəsiz həyatını təmin etmək, dinamik inkişafına nail olmaq idi. Azərbaycanda sabitlik təmin edildi, xalqımız təhlükəsizlik şəraitində yaşayır və yaşayacaq”.
 
Qlobalinfo.az bildirir ki, bunu bu gün 31 dekabrla bağlı xalqa müraciətində prezident İlham Əliyev deyib. Prezident neftin qiymətinin kəskin düşməsinə də münasibət bildirib: "Neftin qiyməti 3 dəfə düşdü. Bunun ilin əvvəlində təsəvvür etmək mümkün deyildi. Ancaq buna baxmayaraq Azərbaycandakı düşünülmüş iqtisadi siyasət nəticəsində iqtisadi artım təmin edildi, qeyri-neft sektoru inkişaf etdirildi. Gəlirlərimiz kəskin azalıb, manat devalvasiyaya uğradı. Ancaq buna baxmayaraq çalışacağıq ki, bu, insanların yaşayış şəraitinə təsir etməsin, istehlak qiymətlərinin sabit saxlanması əsas vəzifəmizdir”.
 
2015-ci ilin kənd təsərrüfatı ili olduğuna diqqəti çəkən prezident "Kənd təsərrüfatı 7 faiz artıb. Azərbaycanda sosial məsələlər həllini tapir, neftin ucuzlaşmasına baxmayaraq heç bir sosial proqram təxirə salınmadı. Bütün layihələr icra edildi. Bu da siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının dayandığını göstərir. Biz güclü dövlət qururuq. İnsanların rifahı bizim üçün prioritet məsələ olub və olacaq” deyə vurğulayıb. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook