SON XƏBƏR

İlham Əliyev nazir müavinini işdən çıxardı

Mart 12
16:37 2020
İqtisadiyyat Nazirinin müavini Şirzad Abdullayev vəzifəsindən azad edilib. 

Qlobal.az "Report”a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xatırladaq ki, Ş.Abdullayev 2018-ci ilin iyun ayında nazir müavini təyin edilmişdi. O, bu təyinata qədər Nazirliyin Sahibkarlığa Kömək Milli Fondunun (hazırda Sahibkarlığın İnkişafı Fondunun) icraçı direktoru olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook