SON XƏBƏR

İlham Əliyev Kambocanın Kralını təbrik edib

Noyabr 08
09:36 2015
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kambocanın Kralı Əlahəzrət Norodom Sihamonini təbrik edib.
 
Təbrikdə deyilir: "Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Ümidvaram ki, Azərbaycan-Kamboca münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kamboca xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook