SON XƏBƏR

İlham Əliyev Gürcüstanda səfərdədir

Noyabr 05
19:03 2015
İlham Əliyevin noyabrın 5-də Gürcüstan Prezidentinin iqamətgahında rəsmi qarşılanma mərasimi olub.
 
Qloalinfo.az Azərtac-a istinadn xəbər verir ki, Azərbaycanın və Gürcüstanın dövlət bayraqlarının dalğalandığı meydanda İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezidenti Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili qarşılayıb.
 
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Hərbi orkestrin ifasında Azərbaycanın və Gürcüstanın dövlət himnləri səslənib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
 
Gürcüstanın dövlət və hökumət nümayəndələri İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti Giorgi Marqvelaşviliyə təqdim olunub. Sonra prezidentlər xarici ölkələrin Tbilisidə akkreditə olunan səfirləri ilə görüşüblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook