SON XƏBƏR

İlham Əliyev Emin Hüseynova yeni vəzifə verdi (SƏRƏNCAM)

Mart 07
13:45 2024
Emin Zamin oğlu Hüseynov Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Qlobal.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla "Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 dekabr tarixli 3022 nömrəli Sərəncamı ləğv edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
 
Qeyd edək ki, Emin Hüseynov sonuncu təyinata qədər Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi kimi fəaliyyət göstərib. Daha əvvəl - 2021-ci ilin mayından dekabrınadək isə Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib və həmçinin həmin ilin dekabrınadək bu vəzifədə işləyib. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook