İldırım Məmmədovun həbsi ətrafında yenilik: Eldəniz Qafarov istintaqa cəlb oluna bilər
İyul 08
12:06
2022
Dövlət Əmlak Xidmətində həyata keçirilən anti-korrupsiya əməliyyatı yekunlaşmayıb.
AzFakt.com xəbər verir ki, iyun ayında Xidmətin 2 əməkdaşının həbs olunması prosesin yekunlaşması anlamına gəlmir.
Məlumat üçün deyək ki, iyun ayında Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Əmlak Xidmətində əməliyyat keçirilib. Keçirilən əməliyyat zamanı Dövlət Xidmətinin Torpaqların Torpaq bazarının təşkili sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən İldırım Məmmədov, həmin sektorun baş məsləhətçisi Əsəd Nəsibov və qurumun bir neçə rayon şöbəsinin müdiri saxlanılıb.
Onlara Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Yeni məlumatlarda iddia olunur ki, bu əməliyyatdan sonra Dövlət Əmlak Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdir müavini, şöbə müdiri vəzifəsini icra edən Eldəniz Qafarovun da istintaqa cəlb edilmə ehtimalı böyükdür. Buna səbəb isə həbs edilənlərdən İldırım Məmmədovun Eldəniz Qafarovun kadrı olmasıdır. Onun adı çəkilən vəzifəyə Eldəniz Qafarovun təyin etdiyi bildirilir. İddialara görə hazırda bu məsələ ətrafında ciddi araşdırmalar aparılır.
Qeyd edək ki, Eldəniz Qafarovun adı bundan əvvəl də saxta işlərdə hallanıb. Nümunə kimi Göyçay rayonu Ulaşlı-Şıxlı kənd sakini İsmayılova Kəmalə Ağsəf qızının mediada yayılmış müraciətini göstərmək olar. Həmin müraciətdə vətəndaş Göyçayın icra başçısından şikayətlənir. Bildirir ki, icra başçısı onların istifadəsində olan bələdiyyəyə aid torpaq sahəsini ələ keçirmək istəyir. Eldəniz Qafarov isə bu işdə ona faktiki olaraq yardımçı olub. Belə ki, şöbə müdiri vətəndaşın ona ünvanladığı məktuba cavabında həmin torpaq sahəsinin bələdiyyəyə aid olmadığını iddia edib: "Hətta iş o yerdədir ki, mənim ünvanıma Əmlak Məsələləri Dövlət Xidməti Yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktor müavini Eldəniz Qafarov tərəfindən göndərilən cavab məktubunda yalandan qeyd edilib ki, həmin mübahisəli torpaq sahəsi bələddiyəyə aid deyil, şəxsi mülkiyyətdir”, deyə vətəndaşın müraciətində qeyd edilir.
Beləliklə, aydın olur ki, Eldəniz Qafarov bələdiyyə mülkiyyətində olan torpaq sahəsini şəxsi mülkiyyət kimi təqdim etməklə, saxtakarlığa yol verib və həmin ərazinin ələ keçirilməsinə dəstək olub.
Qeyd edək ki, Eldəniz Qafarovun fəaliyyəti ciddi araşdırılarsa, ortaya bu tip çoxsaylı faktlar üzə çıxa bilər.
Hazırda isə İldırım Məmmədovla bağlı aparılan istintaq araşdırmasında Eldəniz Qafarovun da fəaliyyətinin araşdırılması istisna olunmur...

Qlobal.az