SON XƏBƏR

İlahiyatçılardan Əlixan Musayevlə bağlı BƏYANAT

Aprel 02
08:35 2016
Azərbaycanlı sələfi lideri Əlixan Musayevin İŞİD-i dəstəkləməsi, öldürülən terrorçuların şəhid sayılması və onlara qoşulmağın "din”i baxımdan vacib olmasına dair yayılan səs yazısına görə, ilahiyyatçılar öz etirazlarını bildirir və bununla bağlı BƏYANAT yayıblar.
 
Qlobal.az Unikal.org-a istinadən bəyanatın mətnini oxuculara təqdim edir. 
 
"Məlum olduğu kimi son günlər ərzində ölkə mediyasını zəbt edən əsas xəbərlərdən biri də bəzi şəxslərin Suriyada gedən döyüşlərdə həmvətənlərmizin iştirakının təmin edilməsi, dolayısı yolla həmin döyüşlərdə iştirakı dəstəkləməsidir. Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyə zərbə vurmaq, hüquqi-demokratik dövlətin əsaslarını sarsıtmaq məqsədiylə ölkədə dini radikalizmi təbliğ edən təxribatçıları  qətiyyətlə pisləyərək bəyan edirik ki,:
 
"Azərbaycan Respublikasında üç monoteist dini qurum - Qafqaz Müsəlmanları İdarəsi, Xristian-Pravoslav İcması və Yəhudi Sinaqoqu rəsmi fəaliyyət göstərir.  Bu dinlərin ardıcılları arasında heç bir ayrı-seçkiliyə yol verilmir. "Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununda olduğu kimi hər üç dindən olanların dini tələblərinin ödənilməsi, dini etiqadın ifadə edilməsi azaddır. Çox təəsuflər olsun ki, bu azadlığdan bəzən bir çox xarici təşkilatlar sui istifadə edərək, dövlətçiliymizə qarşı təxribatlar aparır və öz məqsədlərinə çatmaq üçün gənclərdən, sadəlöhv dindarlardan, inanclı kimsələrdən istifadə edirlər.
 
Gənclərmizi radikalyönümlü ideoloji mərkəzlərdə birləşdirərək fanatik icmalar, cəmiyyətlər formalaşdırırlar. Onlara hər hansı bir təsir olmadıqda, tədbir görülmədikdə özlərini haqq bildiklərindən bunu Allahın lütfü hesab edirlər. Bu məntiqlə bir neçə kitab oxumuş şəxsi alim kimi qələmə verir, xaricdən idarə olunan "din xadimlərini” məscidlərdə dəstəkləyir, QMİ tərəfindən təyin olunmuş şəxsləri hüquqi tərəf kimi qəbul etmirlər.
 
2015-ci ilin son aylarında baş vermiş hadisələrdən sonra 3 fəsil 15 maddədən ibarət "Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun qəbul olunmuşdur. Bu qanundan kənar hərəkət edən hər bir şəxsin, gənclərmizin yad ənənələrə, qeyri-ənənəvi təriqət və cərəyanlara dəvət edənlərin layiqincə cəzalandırılmasını tələb edirik.
 
Azərbaycan dindarları, ilahiyyatçılar daim dövlətçiliyimizə sadiqdir, dövlət başçımızın siyasətini dəstəkləyir və onun ətrafında sıx birləşmişik. Bu kimi təxribatların qarşısının qətiyyətlə alınması istiqamətində səyləri dəstəkləyirik. Əminik ki, bu kimi təxribatçı cəhdlər möhkəm təməllər üzərində təşəkkül tapmış dövlətçiliyimizin əsaslarını heç bir vəchlə sarsıda bilməz, inşallah!” 
 

 
Hörmətlə:
 
1.İlqar İsmayılzadə (ilahiyyat elmləri doktoru)
2.Əkrəm Həsənov (ilahiyyat üzrə fəlsəfə doktoru)
3.Samid Quliyev (ilahiyyat üzrə fəlsəfə doktorantı, məscid axundu)
4.Əli Rzazadə (ilahiyyatçı,yazar)
5.Atif İsmayılov (İlahiyyatçı)
6.İlkin Qayıbov (İlahiyyatçı, məscid imamı)
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook