SON XƏBƏR

İki nəfərin boğulduğu tuneli tikən şəxsin oğlu Almaniyada 40 milyona hotel alıb

Oktyabr 23
21:39 2024
İki nəfərin boğulduğu tuneli tikən şirkətin rəhbərinin oğlu Almaniyada 40 milyona hotel alıb. 
 
Bunu jurnalist Cavanşir Həsənli yazıb. 
 
O, həmin otelin şəkillərini də paylaşıb. 

Oktyabrın 22-də Sabunçuda ötən gecə tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb. 

Tunel "Körpü Bina Tikinti” MMC tərəfindən inşa edilib.

Tunelin açılışı 2020-ci ildə olub.

"Körpü Bina Tikinti” MMC-nin direktoru Xəlil Göyüşovdur.

Jurnalist Cavanşir Həsənli özünün sosial şəbəkə hesabında yazıb ki, Xəlil Göyüşovun oğlu Ramiz Göyüşov bir neçə il əvvəl Almaniyanın Hamburq şəhərində 40 milyon avroluq ARENA OTELini (AGO Park Hotel Betriebs GmbH, Hamburg) alıb. 

"Görəsən, hüquq mühafizə orqanları bu məlumatı araşdıracaqmı?", - deyə jurnalist qeyd edib. 

Yeri gəlmişkən, "Arqument.az" bir neçə il öncə (2019-cu il) körpüdə problemlərin olduğu, drenaj sisteminin normal qurulmadığı, həmin ərəfədə yağan yağıntılar zamanı körpüdən keçidin mümkünsüz olduğu barədə məlumat yaymışdı. 
 
Dövlət qurumları isə məlumatı təkzib edərək körpüdə drenaj sisteminin standartlara cavab verdiyini bildirmişdilər. 
 

 

 

 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook