İki bank birləşir
Fevral 22
20:19
2016
«Atrabank» və Qafqaz İnkişaf Bankı birləşəcəklər.
Bu haqda «Atrabank»dan məlumat verilib.
«Prezident İlham Əliyevin tövsiyələrində bank sektorunun sağlamlaşdırılmasının əsas yollarından biri kimi birləşmə nəzərdə tutulub. Bunu əsas tutaraq lisenziyaları alınan «Atrabank» və Qafqaz İnkişaf Bankının səhmdarları birləşmə haqqında qərar qəbul ediblər». – deyə bankın məlumatında bildirilir.
Bank bildirib ki, məhkəmə 18 fevral tarixində iki bankın birləşməsi haqqında qərar da qəbul edib.
Mərkəzi Bank yanvar ayında «Bank of Azerbaijan», «Gəncəbank», «Yunayted Kredit Bank», «Atrabank», Qafqaz İnkişaf Bankı və «Texnikabank»ın lisenziyasını ləğv edib.
Mərkəzi Bank «NBC Bank»ın da lisenziyasını ləğv etmişdi. Ancaq sonra bu bankın lisenziyası bərpa edilib. (fins.az)
Qlobal.az