SON XƏBƏR

"İjevskdəki məktəbə hücum terror aktıdır" - Kreml

Sentyabr 26
15:07 2022
Kreml İjevskdəki məktəbə silahlı hücumu terror aktı kimi qiymətləndirib.

"Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bildirib.

O, dövlət başçısı V.Putinin hadisədən kədərləndiyini söyləyib.

"Baş verənlər qeyri-insani hadisə, terrordur” - D.Peskov vurğulayıb.

O qeyd edib ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin həkimləri və psixoloqları olan təyyarə İjevska göndərilib.

Xatırladaq ki, sentyabrın 26-da Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə atışma olub. Hadisə nəticəsində 7-si uşaq olmaqla 13 nəfər ölüb. Regionda matəm elan olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook