SON XƏBƏR

III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək

May 31
13:18 2016
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 01-04 iyun tarixində III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, festivalın açılış mərasimi iyunun 1-də saat 19:00-da Nizami Kino Mərkəzində olacaq.
 
Festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival eyni zamanda, diqqəti tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına cəlb etməyi də qarşısına məqsəd qoyub.
 
Festivalın seçim komissiyasına 71 ölkədən 420 ekran əsəri təqdim olunub (Film göndərən ölkələr arasında ABŞ, Türkiyə, Argentina, Avstraliya, Baham adaları, Banqladeş, BƏƏ, Braziliya, Butan, Çili, Çin, CAR, Dominikan, Hindistan, İraq, İsrail, Kanada, Kolumbiya, Konqo, Malaziya, Mavritaniya, Meksika, Mərakeş, Misir, Monqolustan, Nepal, Oman, Peru, Ruanda, Şri Lanka, Vyetnam, Yaponiya, Avropa və MDB ölkələri var). Festivalın seçim komissiyası tərəfindən 28 ölkədən 78 film müsabiqə proqramına daxil edilib. Seçilən filmlər 5 kateqoriya üzrə yarışacaqlar:
 
- Ölkə, region, şəhər
- Mədəniyyət, ənənə
- Reklam filmləri
- Ekoloji turizm və digər turizm növləri
- TV məhsullar (filmlər, videoçarxlar)
 
Festivalın müsabiqə proqramındakı filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 6 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyətinə tanınmış jurnalist Azər Qərib rəhbərlik edir. Heyətə Azərbaycandan Azər Qəriblə yanaşı Ayaz Salayev, Yusif Şeyxov, Rauf Paşayev, Macarıstandan Endre Florian, Rusiyadan İnna Demejko daxildirlər.
 
Hər kateqoriya üzrə 3 film mükafatlandırılacaq.
 
I yerə - Qızıl mükafat - diplom və mükafat
II yerə - Gümüş mükafat - diplom və mükafat
III yerə - Bürünc mükafat - diplom və mükafat təqdim ediləcək.
 
Festivalın ən yaxşı filmi isə "QRAN PRİ" - diplom və mükafatla təltif olunacaq. Yerli filmlər eyni zamanda Milli Mükafat uğrunda mübarizə aparacaqlar.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook