SON XƏBƏR

II Nikolay və ailəsi necə qətlə yetirilib? - Baş prokuror açıqladı

Avqust 24
02:28 2024
"İmperator II Nikolay və ailəsi 1917-ci ildə İpatievin evində törədilən qırğın zamanı dəfələrlə güllələnib, çünki güllələr korsetlərə tikilmiş brilyantları və zinət əşyalarını sökmüşdü".

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın baş prokuroru İqor Krasnov deyib.

Onun sözlərinə görə, qırğın iştirakçıları sonradan bu brilyantların bir hissəsini özləri üçün götürüblər, qiymətli metalların bir hissəsi isə muzeylərə təhvil verilib.

Krasnov bildirib ki, müstəntiqlər sonuncu Rusiya imperatorunu və onun ailə üzvlərini güllələyənlərin ifadələrini diqqətlə öyrəniblər. Baş prokuror əlavə edib ki, atışmadan sonra onlar süngü ilə kəsilib.

1918-ci il iyulun 17-nə keçən gecə Yekaterinburqda mədən mühəndisi Nikolay İpatiyevin evinin zirzəmisində İmperator II Nikolay, onun həyat yoldaşı imperatriça Aleksandra Feodorovna, onların beş uşağı və silahdaşları güllələnib. Ümumilikdə 11 nəfər öldürülüb. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook