SON XƏBƏR

İƏT-in Daşkənddə keçiriləcək sammitinin gündəliyi açıqlanıb

Noyabr 06
10:19 2023
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) noyabrın 8-9-da Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək 16-cı sammitində ticarət-iqtisadi, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunacaq.

"Report” Özbəkistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

İƏT-ə üzv ölkələrin liderləri təşkilatın fəaliyyətinin təkmilləşdirilməsini də müzakirə edəcəklər.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə keçiriləcək tədbirdə Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Türkiyənin dövlət və hökumət başçılarının iştirakı gözlənilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook