"İdeal”ın keçmiş sahibinə hökm oxundu - Həbs qərarı...
Fevral 14
13:38
2022
"İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılova hökm oxunub və o, 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qlobal.az portalı Report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Xatırladaq ki, prokuror İ.İsmayılovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İstintaq dövründə ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.