SON XƏBƏR

İcra Hakimiyyətinin işçiləri vətəndaşın başına belə oyun açdı (VİDEO)

Oktyabr 07
16:11 2019
Küçədə meyvə satan şəxsə maddi ziyan vuran icra hakimiyyəti əməkdaşları barədə avtosfer.az redaksina şikayət daxil olub.

Qaynarinfo xəbər verir ki, məlumat verən şəxsin sözlərinə görə, Hövsan qəsəbəsində küçədə meyvə satan zaman altı nəfər ona yaxınlaşaraq meyvə satmasına mane olub. Onlar özlərini Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları kimi təqdim edərək burada meyvə-tərəvəz satılmasının qadağan olduğunu bildiriblər.

Qeyd etdiyimiz şəxslərdən biri sonradan idarə etdiyi 99-SD-897 qeydiyyat nişanlı "Mitsubishi Pajero” markalı avtomobillə həmin meyvə yeşiklərini vuraraq yola aşırıb. Nəticədə, satıcıya maddi ziyan dəyib. 

Onlar meyvə yeşiklərini vurub aşırdıqdan sonra hadisə yerindən uzaqlaşıblar.
 

Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook