İcra Hakimiyyəti məhkəməyə verildi - Qanunsuz tikintiyə görə...
Mart 02
20:47
2023
Bakı şəhəri, Nizami rayon İcra Hakimiyyəti məhkəməyə verilib.
Qaynarinfo-nun məlumatına görə, Hacıyev Qismət Mirzə oğlu tərəfindən İcra Hakimiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 395.1 maddəsi ilə iddia qaldırılıb.
İşə martın 9-da Nizami rayon Məhkəməsində Mətanət Hacıyevanın sədrliyi ilə baxılacaq.
İnzibati Xətalar Məcəlləsinin 395.1 maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə - fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər 15000 manatdan 25000 manatadək məbləğdə cərimə edilir.

Qlobal.az