SON XƏBƏR

İcra başçısının xanım müavini ailə üzvülərindən birinin adına obyekt tikdirib? - İDDİA

Noyabr 17
13:16 2023
Qaradağ rayon icra Hakimiyyəti başçısının müavini Təranə İsmayılovanın ailə üzvülərinin birinin adına  Lökbatan-Şübanı yolunda obyekt inşa etdirdiyi iddia edilir

Azərbaycanda vəzifəli şəxslərin böyük bizneslərə, obyektlərə sahib olmaları barədə çox yazılıb. Dövlətdən maliyyələşən təşkilatlara rəhbərlik edən əksəriyyət məmurların sahib olduqları var-dövlətlə aldıqları məvaciblər isə böyük ziddiyyət təşkil edir.

AzFakt.com-a daxil olan məlumatda iddia olunur ki, belə məmurlardan biri də Qaradağ rayonu İcra hakimiyyəti başçısının müavini Təranə İsmayılovadı.

Belə ki, Qaradağ rayonu, Lökbatan-Şübanı yolunda Təranə İsmayılovanın ailə üzvülərindən birinin adına çoxsaylı obyektlər olduğu iddia edilir. 
Qeyd edək ki, Təranə İsmayılova 2014-cü ildən Qaradağ İcra hakimiyyəti başçısının müavini vəzifəsində işləyir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Qlobal.az





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook