SON XƏBƏR

İcra başçısının "semiçka" pulu gələn obyekti... - FOTO

Sentyabr 05
04:31 2025
Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyevin obyekti aşkarlanıb. 
 
Qlobal.az xəbər verir ki, obyekt icra başçısı Rafiq Quluyevin öz adına rəsmiləşdirilib.
 
İcra başçısının sözügedən obyekti Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, giriş 610 ünvanında yerləşir. 
 
Obyektin ümumi sahəsi sənəddə 48 kvadratmetr göstərilir. 
 
Hazırda bu obyektin real bazar dəyərinin 300 min manat civarında olduğu deyilir.
 
Qeyd edək ki, 1997-ci ildən Xətai rayon icra hakimiyyətində müxtəlif vəzifələrdə çalışan Rafiq Quluyev 2019-cu ilin noyabr ayından icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 
 
Yerli mediada Rafiq Quluyevin dəyəri milyonlarla ölçülən malikanəyə sahib olması barədə məlumatlar dərc edilib.
 
Qlobal.az Rafiq Quluyevin Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, giriş 610 ünvanında yerləşən obyekti nə zaman alması barədə Xətai rayon İcra Hakimiyyətindən mövqe öyrənə bilməyib. 
 
Cahandar Laçınlı
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook