SON XƏBƏR

İcra başçısının şəhidin adına açılmış bulağı sökdürməsi etiraz doğurdu – Video, Foto

Oktyabr 26
13:20 2022
Xəzər rayonu, Şağan qəsəbəsində 44 günlük Vətən müharibəsi şəhidi Allahverdi Allahverdiyev Əli oğlunun adına olan bulaq rayonun İcra Hakimiyyəti tərəfindən qəfil sökülüb.

Bu barədə Demokrat.az-a rayon sakinləri məlumat veriblər.

Sakinlər bildiriblər ki, icra nümayəndələri bütün xahişlərə rəğmən şəhidin adına olan bulağı sökmək fikrindən daşınmayıblar.

Şəhidimizin ailəsi İcra Hakimiyyətinin bu qərarına etiraz etsə də, ancaq nəticəsi olmayıb.

Qeyd edək ki, sözügedən bulağı şəhidin ailəsi tikdirib və açılış mərasimində Xəzər rayon İcra Hakimiyyətinin rəhbərliyi də iştirak edib.

Məsələ ilə bağlı Xəzər rayon İcra Hakimiyyətindən sualımıza cavab vermək istəməyiblər.
 
Qlobal.az
 


 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook