İcra başçısının oğlu yarımmilyonluq maşınına yeni nömrə aldı - 77 LL 077
![](https://qlobal.az/photo/680x365/2023-02/1676848326_aaaa.png?1722048165)
Fevral 20
03:12
2023
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğlu Elşən Babaşzadə 275 min dollar (450 min manat) dəyərində olan avtomobilinin dövlət nömrə nişanını dəyişib.
Qlobal.az hit.az-a istinadən xəbər verir ki, "Mercedes Benz G-63 AMG” markalı maşının 10-LL-077 nömrə nişanını 77-LL-077 ilə əvəzləyib. 77-LL-077 Elşən Babaşzadənin öz adına qeydiyyata alınıb.
Xatırladaq ki, Elşən Babaşadə Dövlət Vergi orqanında müfəttişdir. O həm də Bayıl qəsəbəsində 077 avtoyuma məntəqəsini işlədir. Burada icra başçısının avtomobil kolleksiyası da saxlanılır.
![](https://qlobal.az/file/pic/xeber/2023-02/1676848241_1637247604_inshot_20211118_1838529191637259167.jpg)