İcra başçısının oğlu avtosalona hücum etdi - 150 minlik avtomobil qalmaqalı (Video)
Oktyabr 31
18:29
2016
Masallı Rayonunun İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun oğlu "qoçuları” ilə birlikdə Bakıdakı avtosalonların birinə hücum edib
Bu barədə bakipost.az-a salon rəhbərliyi məlumat verib. Salon əməkdaşları ilə rayon rəhbərinin oğlu Şəhriyar Hüseynov arasında mübahisəyə səbəb isə bir müddət əvvəl satışa çıxarılan bahalı "Mercedes” markalı avtomobil olub. Belə ki, ölkədə devalvasiya baş verməmişdən əvvəl icra başçısının oğlu həmin avtomobili salona qoyaraq 90 min manata satmaq istəyib. Amma uzun müddət keçsə də, maşını satmaq mümkün olmayıb. Daha sonra Şəhriyar Hüseynovun da razılığı ilə onun maşını digər avtomobillə dəyişdirilib. Şəhriyar Hüseynov həmin maşını bir müddət istifadə etdikdən sonra salona qaytarıb. O, salon rəhbərliyindən öz köhnə avtomobilinin pulunun devalvasiyadan əvvəlki məzənnə ilə və dollar ekvivalenti ilə istəyib. Bu da təxminən 150 min dolar deməkdir. Buna görə də salon sahibi bunun mümkün olmayacağını bildirib. İcra başçısının oğlunun israrı salon sahibini bir neçə təklif irəli sürməyə məcbur edib
Təkliflərdən biri, eyni model yeni avtomobilin alınıb verilməsi olub. Çünki devalvasiyadan əvvəlki və sonrakı məbləğ arasında çox böyük fərq var. Şəhriyar Hüseynov isə salon rəhbərliyinin bu təklifi ilə razılaşmayıb. Və qolu qüvvətli dostlarını da götürüb salona hücum çəkib. Salon rəhbərliyi və Şəhriyar Hüseynov arasında mübahisə yaranıb.
O, məsələni qol gücünə həll edə bilməyəcəyini gördükdə başqa yollara əl atıb. Hüseynov bu məsələ ilə bağlı Xətai rayon Polis İdarəsinə şikayət edib. Amma onun bu cəhdi də uğursuzluqla nəticələnib. Polisdən avtomobil mübahisəsinin mülki məsələ olduğunu əsas gətirərək, şikayətçiyə məhkəməyə müraciət etməsini məsləhət görüblər.

Salon rəhbərliyi saytımıza məlumatı təsdiqləyən video də göndəriblər. Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, bəzi digər məmur oğulları kimi Şəhriyar Hüseynov barəsində də tez-tez qalmaqallı faktlar ortaya çıxır. Daxili İşlər Nazirliyinin əməkdaşı olmasına baxmayaraq, o, qanunsuz əməlləri, qeyri-nümunəvi həyat tərzi ilə gündəmə gəlir.
Qlobal.az