İcra başçısının müavini Yuxarı Qarabağ Kanalının ərazilərini işbazlara satır? - Rəsmi açıqlama
Avqust 08
12:57
2022
Azərbaycanda dövlət balansında olan torpaqların qeyri-qanuni olaraq satılması halları geniş vüsət alıb. Son illər ölkədə aparılan əsaslı islahatlar, aidiyyatı qurumların bu sahəyə nəzarətinin gücləndirilməsi paytax Bakıda belə qanunsuz halların qarşısını alsa da, təəssüflər olsun ki, regionlarda hələ də bu vəziyyət qalmaqda davam edir.
AzFakt.com saytı araşdırması zamanı müəyyən edib ki, dövlət balansında olan ərazilərin qeyri-qanuni olaraq satılması halları daha çox Bərdə rayonunda rast gəlinir. Belə ki, Bərdə rayonunun ərazsindən keçən Yuxarı Qarabağ Kanalının əraziləri Bərdə rayon İcra Hakimiyyəti tərəfindən müəyyən adlar altında qeyri-qanuni olaraq işbazlara satılmaqdadır.
Məsələ ilə əlaqədar Yuxarı Qarabağ İstismar İdarəsindən aldığımız rəsmi cavab da Bərdə rayon İcra Hakimiyyətinin və bələdiyyələrin Melorasiya və Su Təsərrüfatı ASC-yə məxsus əraziləri satdığı barədə iddiaları gücləndirir.
Qeyd edək ki, Yuxarı Qarabağ İstismar İdarəsi ona aid olan Yuxarı Qarabağ Kanalının ərazilərinin İcra Hakimiyyəti və bələdiyyələr tərəfindən satıldığını vurğulayır.
AzFakt.com məsələ ilə bağlı daha dərindən araşdırma aparıb.
Araşdırmamaız zamanı məlum oldu ki, Yuxarı Qarabağ Kanalının əsasən Bərdə rayonunun Qarayusifli, Mehdili, Hacallı kəndlərindən keçən hissəsinin Mincəçevir-Bəhramtəpə magistralına tərəf olan hissəsi satılıb.
Bu ərazilərin satışının rayonun sosial inkişafına birbaşa məsul olan Bərdə rayon İcra Hakimiyyətinin başçısının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri - İcra başçısının müavini İlham Məmmədovun və müavinin nəzarəti altında həyata keçirildiyi bildirilir.
Vurğulayaq ki, saxta yolla sənədləşdirilib satılan bu ərazilər əsasən "dayanacaq" adı altında satılır.
Qlobal.az

Tikintisində ağır tikinti materiallarından istifadə olunan bu obyektlər Dövlətin yüz milyon manatdan artıq xərc çəkib tikdiyi Mingəçevir-Bəhramtəpə magistralının texniki şərtlərini pozmaqla, ərazinin ümumi görünüşünə xələl gətirməklə yanaşı, həm də Yuxarı Qarabağ Kanalının bəndini təhlükə altına alır.
Qlobal.az