SON XƏBƏR

İcra başçısının gizli kamera qorxusu - Kabinetindəki mebelləri sökdürdü

Dekabr 25
10:34 2023
Zaman-zaman mediada adı korrupsiya və rüşvətxorluqda hallanan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının onun  iş otağında gizli kamera yerləşdirməsindən ehtiyat edir.

Xatırladaq ki, bir müddət əvvəl Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifəsində işləyən Tofiq Kərimov vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb.

Bu həbsdən sonra Gununsesi.info icra başçısının istintaqa çağırılıb dindirilməsi barədə xəbər də yaymışdı.

Tərtərdəki mənbələrdən Gununsesi.info–ya daxil olan daha bir  xəbərdə Müstəqim Məmmədovun hələ də həbs qorxusu altında yaşadığı bildirilir.

Bu səbəbdən icra başçısı iş otağındakı böyük rəflərdən və stendlərdən yığılmış qara rəngli  mebel dəstini dəyişib.

Belə ki, iş masasının arxasında olan rəf tamamilə götürülüb.

Onun yerinə kiçik ölçülü ağ rəngli stend qoyulub ki, onun da üzərində gizli kamera quraşdırılması mümkünsüzdür.

Qeyd edək ki, son illər həbs edilən icra başçılarının rüşvət almasına dair görüntülər onların iş otağında əməliyyat təbdirləri nəticəsində çəkilib.
 
Mənbə: Gununsesi.info
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook