SON XƏBƏR

İcra başçısından siyasi açılım - Tanınmış müxalifətçini özünə müavin təyin etdi (FOTO)

Sentyabr 06
12:12 2023
İyulun 23-də Sahibsoy Rüfət Sahib oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısına müavin təyin olunub.

İcra başçısı Rəşad Tağıyevin imzaladığı sərəncama görə, Sahibsoy Rüfət Sahib oğlu Şəmkir RİH başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

AzToday.az-a daxil olan məlumata görə, Rüfət Sahib oğlu Sahibsoy müxalifət partiyalarının birinin rəhbərliyində təmsil olunubmuş

R.Sahibsoy bundan öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin departament müdiri vəzifəsində çalışıb. İnternet resurslarında yayılan məlumatlardan isə görünür ki, Klassik Xalq Cəbhəsi partiyasının rəsmi səhifəsində, 16 may 2012 ci il və 08 sentyabr 2013 cü il xəbərlərində görünür ki, Rüfət Sahib oğlu Sahibsoy Klassik Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin üzvüdür!

Məlumatlarda iddia olunur ki, Rəşad Tağıyevin Rüfət Sahibsoyu özünə müavin təyin etməsi onun satınalmalar üzrə "güclü mütəxəssis” olması ilə bağlıdır.
 
Qlobal.az
 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook