İcra başçısına yaxın olan qadın həkim yenidən gündəmdə — VİDEO
İyul 17
08:53
2016
Bir müddət öncə mətbuatın gündəmində olan Tərtər Mərkəzi Rayon Xəstəxanasının poliklinika şöbəsinin müdiri Gülarə Əhmədova yenidən diqqət mərkəzindədir.
Ölkə.Az-a daxil olan məlumatda qeyd edilir ki, şöbə müdiri yenidən xəstəxanada qanunsuz göstərişlər verməyə başlayıb.
Qeyd olunur ki, bir müddət öncə onun belə davranışlarının mətbuatda işıqlanmasından sonra sakitləşən Əhmədova yenidən onla münasibəti yaxşı olmayan həkimləri fərdi şəkildə "cəzalandırmaqda" israrlıdır.
Xatırladaq ki, G.Əhmədova ilə bağlı bu ilin fevralında redaksiyamıza maraqlı görüntülər göndərilmişdi.
Görüntülərdə G.Əhmədova ilə bir pasient arasındakı dava əks olunurdu. Bir kişi ondan hansısa sənəd üçün 20 manat tələb olunduğunu və bu səbəbdən "süründürüldüyünü" söyləyirdi.
Qeyd edilir ki, o, icra başçısı M.Məmmədova yaxın adam olduğundan, hətta baş həkim Yaşar Hüseynovun da ondan çəkinir.
Tərtər Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Yaşar Hüseynov rəhbərlik etdiyi səhiyyə ocağı barədə yazılan xəbərə münasibət bildirərkən bildirib ki, məsələdən xəbəri yoxdur:
"Çox adam çox şey yazır, gəlsin bura görək nə məsələdir? Mənim nə o videodan, nə də deyilənlərdən xəbərim yoxdur".

Əməkdaşımızın "Gülarə Əhmədovayla bağlı hər hansı bir tədbir görüləcəkmi" sualını eşidən baş həkim çıxış yolunu telefonu qapamaqda görüb və növbəti zənglərə cavab verməyib.
Qlobal.az