İcra başçısı və müavinini hansı qurum həbs edib?
Dekabr 19
13:04
2019
Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı tutulub.
Bu barədə lent.az saytı özəl mənbələrə istinadən məlumat yayıb.
Bu barədə lent.az saytı özəl mənbələrə istinadən məlumat yayıb.
Onunla birlikdə, Ağstafa rayon İcra Hakimiyyəti başçısının müavinlərindən birinin də əməliyyat zamanı saxlanıldığı barədə məlumat var. Onlar saxlanılaraq Bakıya gətirilib. N.Quliyevin və müavinin saxlanmasının səbəbləri hələlik məlum deyil. Əməliyyat barədə rəsmi qurumlar da hələlik heç bir açıqlama yayımlamayıb.
Qlobal.az



