SON XƏBƏR

İcra başçısı Şüvəlanda 2 milyonluq malikanə inşa etdirib?

Yanvar 06
01:29 2025
Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov Şüvəlanda yeni malikanə tikdirib. 
 
Bu barədə xəbəri Azfakt.com saytı yayıb:  
 
"İcra başçısı vəzifəsinə təyin edilməyindən qısa müddət sonra dəbdəbəli malikanəyə sahib olan məmurlardan biri də Səbail rayon İcra hakimiyyətinin başçısı Vüqar Zeynalovdur.
 
Belə ki, V.Zeynalovun Səbail rayonuna icra başçısı təyin edildikdən bir il sonra paytaxtın bahalı yerlərindən olan Şüvəlan qəsəbəsində iki mərtəbəli malikanə inşa etdirdiyi deyilir.
 
Qeyd edək ki, ümumisahəsi 800 kv metrə yaxın olan mülkün hazırkı bazar qiymətinin 1-1.5 milyon manat civarındadır.
 
Məlumata görə V.Zeynalov malikanəni həyat yoldaşı Yeganə Zeynalovanın adına rəsmiləşdirib. Malikanənin 2019-cu ildə inşa edildiyi deyilir.
 
Qeyd edək ki, Vüqar Zeynalov 2018-ci ildə Səbail rayon İcra Hakimiyyətinin başçısı təyin edilib".
 
Qlobal.az məsələ ilə bağlı Səbail rayon İcra Hakimiyyətindən mövqe öyrənə bilməyib.
 






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook