SON XƏBƏR

İcra başçısı şöbə müdirinə plaşını daşıtdırdı

Noyabr 04
12:19 2021
Səbail rayonu ərazisindəki Heydər Əliyev parkında qəhrəman Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyasını keçirdik. Şəhidlərimizin xatirəsinin yaddaşlarda qalması, adlarının əbədiləşdirilməsi bizim üçün ən önəmli məsələlərdəndir. İstəyirik ki, əkdiyimiz bu məğrur və uzunömürlü Eldar şamları kök salıb böyüsün və gələcək nəslin gözündə böyük Qələbəmizin daha bir təcəssümünə çevrilsin. Göstərdikləri dəstəyə görə Səbail Rayon İcra Hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliklərinə və əməkdaşlarına minnətdarlığımı bildirirəm.

Turkustan.az xəbər verir ki, bunu öz feysbuk səhifəsində millət vəkili Nigar Arparadari paylaşıb.

Qeyd edək ki, həmin paylaşımda diqqət çəkən bir məqam var. Tədbirdə iştirak edən Səbail rayon icra hakimiyyətinin başçısı Vüqar Şixəmmədov gəzinti və ağacəkmə zamanı plaşını Rayonun İH-in Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Qabil Vahidova daşıtdırıb.
 
Sosial şəbəkədə bu davranış müsbət qarşılanmayıb. Şərh və reaksiyalarda bu fakt ictimaiyyətdə arzuolunmaz hal kimi dəyərləndirilib. Müzakirələrə qatılanlar şəhidlik adına təşkil edilən kütləvi tədbirdə icra başçılarının bu cür "davranış”larının ilk olmadığını da bildiriblər.

Xatırladaq ki, bir müddət öncə rayon icra başçılarından biri şəhidin anım mərasiminə 300 minlik avtomobillə gəlmişdi. Bu fakt da sosial mediada və müxtəlif paylaşım səhifələrində açıq qınağa səbəb olmuşdu. (teleqraf.com)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook