İcra başçısı Referenduma qarşı
Avqust 08
09:24
2016
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncamı imzaladı. Konstitutsiya Məhkəməsinin xüsusi iclasında referendum aktı qəbul edildikdən sonra artıq regionlarda Yeni Azərbaycan partiyasının yaratdığı "Yeni Azərbaycan" təşəbbüs qrupları imzatoplama kampanıyası aparırlar.
Ancaq bəzi rayonlarda yerli rəhbərlik sentyabr ayının 26-da keçiriləcək referendum seçkilərinə şəxsi maraqlarına qurban verirlər. Bu kimi rayonlardan biri də Ağsu rayonudur.
Qlobal.az-a verilən məlumata görə, Ağsu RİH-nin başçısı Ənvər Seyidəliyev YAP-nın Ağsu rayon təşkilatının sədri Əli Hüseynovu uzun illərdən bəri özünə siyasi rəqib sanır. Respublika rəhbərliyindən rayona qonaq gələn şəxslərin Əli Hüseynova sıcaq münasibət sərgiləməkləri RİH-nin başçısında siyasi qısqanclığı daha da artırıb. Məlumata görə, Ənvər Seyideliyev (məzuniyyətdə olsa da) icra hakimiyyətinin yerli nümayəndəliklərinə imzaların ləng toplanılması barədə gizli göstəriş verib. Bununla da başçı təşkilat sədrinin partıyanın mərkəzi aparatında gözdən düşəcəyini düşünür.
Məlumata görə rayonda baş verənlər barədə Əli Hüseynov YAP-nın səlahiyyətli şəxslərini məlumatlandırıb. Ənvər Seyidəliyevin birbaşa respublika prezidenti İlham Əliyevin siyasi iradəsinə zidd olan bu addımından PA-da da xəbərdardırlar. Sadəcə olaraq ölkə rəhbərliyi siyasi gündəmin tələblərinə uyğun olaraq hələ ki, Ağsu RİH-nin başçısı haqqında ciddi qərar qəbul etmirlər.
Güman ki, Ənvər Seyidəliyev haqqında ciddi qərar sentyabr ayında keçiriləcək Referendum seçkilərindən sonra atılacaq.
Qlobal.az



