SON XƏBƏR

İcra başçısı, müavini və şöbə müdiri saxlanıldı

Avqust 19
15:05 2020
Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı icra  başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslər saxlanılıblar. 

Qlobal.az xəbər verir ki, onlar rüşvət, dövlət əmlakını mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər.

Qeyd edək ki, əməliyyatı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi keçirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook