İcra başçısı "Heydər parkı"nı bağlatdırıb - (FOTO)
İyul 15
03:06
2022
Xətai rayonunda, Ukrayna dairəsində yerləşən Heydər Əliyev Parkı bir müddətdir ki, sakinlərin üzünə bağlanıb.
Buna səbəb parkın genişləndirilməsi istiqamətində görülən işlərdir. Park 7 saylı poliklinika istiqamətində əvvəldən mövcud olan meşəlik ərazinin abadlaşdırılması hesabına böyüdülür.
Ancaq parkın böyüdülməsi işlərinin Heydər Əliyev Parkının illərdir istismarda olan hissəsinin bağlanması ilə aparılması təəccüblüdür. Üstəlik, yeni hissədə də abadlıq işləri artıq çoxdan yekunlaşıb, heç bir təmir getmir, parkın yeni hissəsində maneələr də götürülüb. Buna baxmayaraq, icra başçısının tapşırığı ilə MİS nümayəndələri sakinlərin ora daxil olmasına imkan vermirlər.
İcra Hakimiyyətindən bildirilir ki, 15 iyulda parkın yeni hissəsinin açılışı olacaq, ona görə də sakinlərin buraxılmaması tapşırığı verilib. Həmçinin foto çəkmək də "qadağan” edilib: bağlanmış parkın fotosunu çəkməyi icra başçısı hansı məntiqlə və niyə qadağan edib – bilinmir.
Xətai İcra Hakimiyyəti 15 iyula qədər - yayın ən qızmar çağında parkın təmiri yekunlaşmış yeni hissəsinin yox, digər hissəsinin bağlanmasının əhali üçün ciddi narahatlıq yaratdığını da, deyəsən, anlamaq iqtidarında deyil. İcra Hakimiyyəti üçün vacib olan 15 iyulda açılış zamanı ölkə rəhbərliyinin "səliqə-sahman” görməsi və məmnun qalmasıdır, sakinlər buna görə yayın cırhacırında park üzünə həsrət də qala, maneə olmadığı üçün parka daxil olduqda isə təhqir də edilə bilərlər.
Yeri gəlmişkən, Heydər Əliyev Parkının yeni abadlaşdırılan hissəsinin sonunda obyekt tikilib. Bu ərazilər hər zaman park olduğu üçün ağaclığın bir hissəsinin kimə, necə və nə üçün satılması da maraqlıdır.

Görəsən, parkın açılışında ağaclıq ərazinin bir hissəsinin və Vunq Tao küçəsinin bütün aşağı hissəsinin (parkla üzbəüz) niyə satıldığına da aydınlıq gətiriləcəkmi?
Mənbə: Axar.az
Qlobal.az