SON XƏBƏR

İcra başçısı evi yanmış ailəyə baş çəkdi, müvafiq tapşırıqlar verdi - FOTOLAR

Aprel 03
16:53 2023
Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonunun Şəkərli kəndində ötən gecə evi yanmış ailəyə baş çəkib.
 
Qlobal.az xəbər verir ki, qısaqapanma nəticəsində İsmayılov Amil İsmayıl oğluna məxsus fərdi evdə yanğın hadisəsi baş verib.
  
Yanğın nəticəsində Amil İsmayılovun azyaşlı övladı 2018-ci il təvəllüdlü İsmayılov Nihad Amil oğlunun dünyasını dəyişib.
 
Ailənin digər övladı İsmayılov İsmayıl Amil oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
 
İcra hakimiyyəti başçısı və müvafiq qurumların rəhbərləri ailəyə övladının dünyasını dəyişməsi ilə əlaqədar olaraq baş sağlığı vermiş, digər xəsarət alan övladının səhhəti ilə maraqlanılmışdır.
 
Yanıq xəsarətləri almış İsmayılov İsmayıl Amil oğlu müalicə almaq üçün Respublika Yanıq Mərkəzinə göndərilmişdir.
 
Ailəyə maddi köməklik göstəriləcəyi bildirilmiş və yaranmış digər çətinlikləri ilə bağlı müvafiq qurumlara yerindəcə tapşırıqlar verilmişdir.
 
Qlobal.az
 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook