SON XƏBƏR

İcra başçısı 450 min manata özünə "Range Rover" aldı - FOTOLAR

Avqust 07
11:37 2023
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev özünə yeni avtomobil alıb.

Qlobal.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, icra başçısının yeni avtomobili 450 min manat dəyərində olan "Range Rover"dir.

Elnur Rzayev 90-DK-500 dövlət qeydiyyat nişanlı yeni maşınını qayınatası Hacıyev Sərdar Mehdi oğlunun adına rəsmiləşdirib.

Avtomobili Xaçmaz Rayon İcra Hakimiyyətində baş mütəxəssis – sürücü vəzifəsində çalışan  Musayev Anar Sabir oğlu etibarnamə əsasında idarə edir.
 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook