İcra başçısı 11 min avroluq palto geyinir - Tülkü xəzindəndir (FOTOLAR)
Dekabr 06
01:52
2021
Son vaxtlar müxtəlif tədbirlərdə görünən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun geyindiyi brend markalı və bahalı qış geyimləri hər kəsin diqqətini çəkməkdədir.
Məlum olub ki, icra başçısı şinşilla və kaşmirin dəbdəbəli qarışığından hazırlanmış qış geyimlərinə daha çox üstünlük verir. Həmçinin onun zərif mink xəz yaxası və kaşmir astarla bəzədilmiş bu paltolarının kifayət qədər qiyməti var.
İtaliyanın məşhur dizaynerinin adı ilə bağlı olan "STEFANO RICCI” mağazalarında icra başçısının geyindiyi və eyni dizayında hazırlanmış paltolarının qiyməti 4800 avrodan başlayır, 8500-14000 avroyadək dəyişir.
İcra başçsının tülkü xəzindən olduğu ehtimal edilən və Azərbaycanda məşhur "norka papaq” kimi tanınan qış kepkasının qiyməti Rusiya bazarında ən ucuzu 25 min rubula, ən bahalısı isə 300-400 min rubula qədər dəyərləndirilir.
Qlobal.az