SON XƏBƏR

İçərişəhərdəki yersiz abidə söküldü - Şahin Seyidzadə hara baxırdı ki...

May 20
15:13 2023
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində divara quraşdırılmış "dəmir yumruq” heykəli götürülüb.
 
Sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan heykəl sökülüb.

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun Mətbuat Xidmətindən Oxu.Az-a məlumatı təsdiq ediblər. 

Bildirilib ki, heykəl emalatxananın sahibi Əli Şəmsinin şəxsi təşəbbüsü olub, sökülməsi qərara alınıb və qısa müddətdə o demontaj edilib.
 
Qlobal.az olaraq qeyd edək ki, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda baş verən hadisə sosial şəbəkələrdə geniş ajiotaj yaradıb.
 
Vətəndaşlar Azərbaycan tarixinin incilərindən sayılan "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu kimi bir yerdə bu cür özfəaliyyətlərin doğru olmadığı, Qoruq rəhbərliyinin səriştəsiz və naşı olduğunu deyirlər.
 
Qeyd edək ki, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun İdarə Həyətinin sədri sabiq deputat Şahin Seyidzadədir.
 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook