"İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi müsabiqə elan etdi
Fevral 06
12:40
2019
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Milli Elmlər Akademiyası "Abşeronun tarixi və mədəni irsində Qala kəndinin rolu" adlı müsabiqə elan edir.
Abşeron yarımadasının şimal-şərqində yerləşən, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Qala kəndi özündə çox uzaq keçmişi yaşadır. Beş min illik yaşı olan bu məkan Bakı kəndləri arasında həm tarixinə, həm də Abşeronun mədəni irsində tutduğu yerinə görə seçilir. Müsabiqənin keçirilməsində əsas məqsəd bu ərazidəki memarlıq abidələrinin (5 məscid, 3 hamam, yeraltı kəhrizlər, məqbərə, sərdabələr, yaşayış evləri və s. ) öyrənilməmiş tərəflərinin araşdırılmasına gənc tədqiqatçıları cəlb etməkdir.
Müsabiqədə 35 yaşa qədər alim və tədqiqatçılar iştirak edə bilər.
Müsabiqəyə təqdim olunan işlərə dair tələblər:
a) müsabiqəyə qədər heç yerdə dərc edilməyən əsərlər qəbul edilir;
b) işlər Azərbaycan və ya rus dilində təqdim oluna bilər;
c) işlərin məzmununa dair əsas tələblər:
- tarixi faktlar və etibarlı mənbələrdən istifadə;
- icra müstəqilliyi və elmi yenilik;
- orijinallıq, plagiat elementlərinin olmaması;
- empirik məlumatların və nəzəri nəticələrin təsviri, təqdimatın müxtəsərliyi;
- praktiki dəyər;
- nəticə və tövsiyələrin olması;
ç) müsabiqə işinin həcmi A4 formatlı, 10 səhifədən az və 20 səhifədən çox olmamalıdır. (Times New Roman şrifti, 1,5 interval və 14 ölçü ilə) Foto və illüstrativ materiallar 5 səhifədən artıq olmamalıdır;
d) təqdim olunacaq məqalələr elektron formada 01 aprel 2019-cu il tarixədə[email protected]ə ya [email protected] ünvanına göndərilməlidir;
e) məqalə ilə birlikdə iştirakçının özü haqqında aşağıdakı məlumatlar da göndərilməlidir:
- soyadı, adı, atasının adı
- təvəllüdü
- təmsil etdiyi ali məktəbin və ya elm müəssisəsinin adı, ünvanı
- ev ünvanı
- vəzifəsi, fakültənin, kafedranın, şöbənin və s. adı
- elektron poçt ünvanı
- əlaqə telefonları
Mükafatlandırma:
I yer - 1500 AZN
II yer - 1000 AZN
III yer - 500 AZN
Qeyd: Tədqiqatlar münsiflərə imzasız təqdim ediləcəkdir. Müsabiqənin qalibi olan 3 nəfər "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Fəxri fərmanı və pul mükafatını qazanacaq. Müsabiqənin nəticələri 2019-cu il may ayının ilk ongünlüyündə elan ediləcək. Seçilmiş məqalələr toplu şəklində nəşr olunacaq. Araşdırmalar toplusu bütün müəlliflərə çatdırılacaq.
Əlaqə telefonları: (012) 497 63 59, (012) 497 35 89