SON XƏBƏR

İcbari Sığorta Bürosundan Mərkəzi Banka qədər uzanan korrupsiya "şəbəkəsi"

Sentyabr 10
18:22 2021
İSB-nin rəhbəri Rəşad Əhmədovun yarıtmaz fəaliyyəti ilə bağlı dərc olunan məqaləmizdən sonra redaksiyamıza büroda baş verən korrupsiya halları ilə bağlı növbəti materiallar daxil olub. Iddia olunur ki, İSB-na direktor təyin edildikdən sonra sığorta sektorunun inkişafına təsiri olan büronun demək olar ki, heç bir real inkişafı və ya sektora dəstəyi olmamışdır. Mətbuatda bir çox hallarda ağızdolusu çıxış edən Rəşad Əhmədov büronun dəstəyi ilə ölkənin sığorta bazarının daha da inkişaf edərək ən müasir formaya nail olunacağını demişdi. Lakin, büro nəinki ölkənin sığorta sektorunun inkişafına öz töhfəsini verdi, əksinə son üç ildə sektorda inkişafa doğru heç bir real addım atılmamış, eləcə də qurumlarla inteqrasiyalar həyata keçirilməmişdir. Maraqlıdır ki, heç bir uğura imza atmayan Rəşad Əhmədov əmək haqqı fondunu iki dəfə artırmağa nail ola bilib. Məntiqi sual yaranır, sığorta bazarında heç bir inkişafa dəstəyi olmayan, əksinə getdikcə idarəetmədən şikayətlərin və özbaşınalıq hallarının çoxaldığı büroda əmək haqqı fondunu bu qədər artırmağa nə ehtiyac var?...

Araşdırmalar zamanı bəlli olur ki, direktor təyin edildikdən sonra Rəşad Əhmədov büronun bütün informasiya texnologiyalarında istifadə edilən proqramları vahid sistemdə birləşdirərək daha yaxşı nəticələr əldə edəcəklərini cəmiyyətə elan etdi. Ilk baxışda qulağa xoş gələn bir addım olsa da, araşdırıb dərininə getdikdə məqsədin heç də bu olmadığı üzə çıxır. Belə ki, ictimai təşkilat olmasına baxmayaraq məxfi şəkildə tender keçirilərək büro tərəfindən müəyyən İT şirkətindən 750 000 və 350 000 manat dəyərində proqram təminatları alınır. Lakin, qısa zaman keçdikdən sonra proqramın özünü doğrultmadığı , bundan bütün sığorta şirkətlərinin əziyyət çəkdiyi və bununla bağlı büroya saysız şikayətlərin daxil olduğu bəlli olur. Əlbəttə ki, vəsaitin nə qədərinin real olaraq proqrama verildiyi bəlli deyil. Bundan başqa bütün şikayətlər Mərkəzi Bankın da dəstəyi ilə ört basdır edilərək direktorun nüfuzuna xələl gəlməsinə imkan verilmir. Bu da azmış kimi direktor proqram almaq adı altında müxtəlif şirkətlərlə alqı-satqı müqavilələri bağlayaraq sənəd üzərində satınalmalar həyata keçirir. Reallıq isə ondan ibarətdir ki, həmin alınan "proqramlar" daxildə əməkdaşların hesabına yazılır və nəticədə Rəşad Əhmədov bu kimi yollarla büronun pullarını mənimsəyir. Bu işdə isə ona ən böyük dəstəyi sözsüz ki, IT departamentinin direktoru Vüsal Məsiyev verməkdədir. Hətta o dərəcədə ki, bəzən "levi” pul lazım olduqda həmin departamentin əməkdaşlarına mükafat adı altında pul köçürülərək nəğdləşdirilmiş və direktorun məqsədləri üçün istifadə edilmişdir.

Mərkəzi Bankın da Rəşad Əhmədova xüsusi yanaşması əbəs deyil. Hamıya bəllidir ki, bu gün o, ən böyük dəstəyi Mərkəzi Bankın birinci müavini Alim Quliyevdən almaqdadır. Əks təqdirdə niyə mətbuatda adının bu qədər hallanmasına, qurumun daxilindən və xaricindən saysız şikayətlər olmasına baxmayaraq Rəşad Əhmədova "gözün üstə qaşın var” deyən yoxdur?...

Aldığımız məlumatlara əsasən İSB ilə Mərkəzi Bank arasında növbəti illərdə guya ölkədə təbliğat-təşviqat işlərinin aparılması və əhalinin sığorta məlumatlılığının artırılması üzrə 3 milyon manatlıq müqavilə imzalanmışdır. Qeyd edək ki, ölkə tarixində aidiyyatı sahə üzrə bu qədər bahalı layihə heç vaxt olmayıb. Ilk baxışda bunun inkişaf naminə həyata keçirildiyi görünsə də, aparılan təhlillər prosesin altında korrupsiya əməllərinin yatdığını deməyə əsas verir. Bir neçə sığorta eksperti ilə apardığımız məsləhətləşmələrdən aydın olur ki, qanunla bu cür tədbirlər özəl sığorta şirkətlərinin maliyyəsi hesabına həyata keçirilməlidir. Burda isə İSB və Mərkəzi Bankın vəsaitləri istifadə olunur. Bu da şübhəsiz ki, iki oliqarx korrupsioner məmurun əqlinin məhsuludur ki, əhalinin maarifləndirilməsi donu geyindirilərək milyonlarla vəsaiti asan yolla mənimsəsinlər.

Göründüyü kimi, İSB-də havaya sovrulan milyonların əhatə dairəsi genişlənməkdə davam edir. Redaksiyamıza daxil olan məlumatlar bununla yekunlaşmır. Yaxın günlərdə araşdırmalarımızın növbəti nəticələri ilə tanış olacaqsınız.

Mənbə:Stimulxəbər.az
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook