SON XƏBƏR

İcbari Sığorta Bürosu ötən il 967 min manata yaxın kompensasiya ödəyib

Yanvar 23
12:33 2025
2024-cü ildə İcbari Sığorta Bürosu (İSB) sığortasız və naməlum nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş 339 yol-nəqliyyat hadisəsi üzrə ümumilikdə 966 559 manat məbləğində kompensasiya ödəyib.

Bu barədə İSB məlumat yayıb.

Hesabat dövründə 252 şəxsin sağlamlığına vurulmuş müxtəlif dərəcəli xəsarətlərə görə 327 925 manat, 16 şəxsin əmək qabiliyyətinin tam və ya qismən itirilməsi (əlillik) ilə nəticələnmiş hadisələrə görə 41 000 manat və 135 şəxsin ölümü ilə nəticələnmiş hadisələr üzrə 597 634 manat məbləğində ödənişlər həyata keçirilib. Kompensasiya ümumilikdə 403 şəxsi əhatə edib.

İSB-dən bildirilib ki, kompensasiya ödənişi, üçüncü şəxsin sağlamlığına naməlum və ya oğurlanmış nəqliyyat vasitəsinin iştirakı ilə zərər vurulduqda, habelə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi olmayan şəxs tərəfindən üçüncü şəxsin sağlamlığına zərər vurulduğu hallarda həyata keçirilir. Bundan əlavə, sığorta qanunvericiliyində nəzərdə tutulan hallarda kompensasiya ödənişi təmin edilir.

Bu statistika, yol-nəqliyyat hadisələrində sığorta mexanizmlərinin əhəmiyyətini bir daha nümayiş etdirir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook