İbtidai sinif müəlliminin çılpaq fotoları yayıldı, işdən qovuldu - FOTOLAR
Mart 26
15:16
2016
"Məni elə cəzalandırdılar ki, sanki, fahişəlik etmişəm. Model olmaq istəyirəm və pul qazanıram. Modellik bəyəm qəbahətdir? Özümü çox pis hiss edirəm. Məni rüsvay etdilər".
21 yaşlı Cemma Laridin dediyinə görə, işindən kənarlaşdırılması ilə bağlı qərar qanunsuzdur, ədalətsizdir və buna görə də məhkəməyə müraciət edəcək.
İngiltərənin Darem qraflığının Qreqhed şəhərindəki "Bloemfontein Primary School" məktəbində ibtidai sinif müəllifi olan Cemma Laridin yarıçılpaq fotoları sosial şəbəkələrdə yayılandan sonra o, işdən qovulub.
4 yaşlı Zofiya adlı qız anası olan Cemmanın sözlərinə görə, model karyerasına başlamasının onun əsas işinə heç bir aidiyyəti və maneçiliyi olmadığından işdən qovulmasının səbəblərini hələ də anlamır.
Məktəb rəhbərliyi isə pedaqoqun yarıçılpaq pozalarda şəkillər çəkdirməsinin yolverilməz olduğunu vurğulayıb.(milli.az)
Qlobal.az