“I Şah İsmayıl– sərkərdə və hökmdar” sərgisində nadir eksponatlar nümayiş etdiriləcək
Mart 08
17:05
2016
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində "I Şah İsmayıl– sərkərdə və hökmdar” sərgisinin informasiya-məlumat panelləri qurulur.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, 130-dan artıq nadir eksponatın nümayiş etdiriləcəyi sərgidə müxtəlif əyani vəsaitlər də göstəriləcək. Belə ki, Azərbaycan Səfəvilər dövlətinin hökmdarı, görkəmli sərkərdə I Şah İsmayılın həyat və fəaliyyətini geniş əks etdirmək məqsədilə sərgidə 22 informasiya-məlumat paneli, iki xəritə, iki portret, altı iriölçülü banner qurulur.
Sərgidə "Görkəmli alimlər I Şah İsmayıl haqqında”, "I Şah İsmayılın şəxsiyyəti”, "I Şah İsmayılın uşaqlıq illəri”, "I Şah İsmayılın 1503-1509-cu illərdə qazandığı qələbələr”,"Mərv döyüşü”, "Çaldıran döyüşü”,"I Şah İsmayılın 1514-1524-cü illərdəki fəaliyyəti”, "Səfəvilər dövləti – rəmzlər, dövlət dili, inzibati quruluşu”, "I Şah İsmayılın dövründə Səfəvilər dövlətinin iqtisadiyyatı” və s. bölmələr tərtib olunur:
Qeyd edək ki, panellərdə fotoşəkillər, tablo və sxemlər, eləcə də Azərbaycan, rus və ingilis dillərində məlumatlar təqdim edilir.
Qlobal.az