“Hyundai” Rusiya bazarını tərk etmək niyyətindədir
Aprel 27
10:17
2023
Cənubi Koreyanın avtomobil istehsalçısı "Hyundai Motor” zavodlarını Qazaxıstan şirkətinə sataraq Rusiya bazarını tərk etmək niyyətindədir.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, şirkət Rusiya hakimiyyətinin qərarını gözləyir.
Sövdələşmənin şərtlərinə "Hyundai Motor”un istənilən vaxt aktivləri geri ala biləcəyi müddəa daxildir.