Hüseynbala Mirələmovun səhhəti pisləşib - Türkiyəyə aparıldı
Yanvar 15
11:00
2025
Keçmiş deputat, yazıçı Hüseynbala Mirələmov hazırda Türkiyədə xəstəxanadadır.
O, üç dəfə - 2005, 2010 və 2015-ci illərdə 33 saylı Xətai birinci seçki dairəsindən III, IV və V çağırış Milli Məclisə deputat seçilib. Milli Məclisin Aqrar siyasət və Mədəniyyət komitələrinin üzvü olub. Məlum hərəkəti ilə "məhşurlaşıb".
"AzPolitika" xəbər verir ki, bu barədə "modern.az"-a onun özü bildirib.
"Hazırda Türkiyədə xəstəxanadayam. Heç cür danışmağa imkan yoxdur",- deyə sabiq deputat ona zəng edən əməkdaşımıza bildirib.
Yazıçıdan xəstəliyinin nə olduğunu soruşduqda, o, suala cavab verməkdən yayınıb və "nə isə" deməklə kifayətlənib.
Xatırladaq ki, Hüseynbala Mirələmov uzun illər hakim Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edib.