Hüquqşünas: Ağstafanın icra başçısı Əli Həsənovun kadrıdır
Avqust 28
11:14
2021
Tanınmış hüquqşünas Aslan İsmayılov Ağstafa rayonun icra başçısı Seymur Orucovu növbəti dəfə sərt tənqid edib.
AzToday.az xəbər verir ki, hüquqşünas 36 yaşlı icra başçısını Ramiz Mehdiyev və Əli Həsənovun irsini yaşatmaqda suçlayıb.
"Yazanda ki, Ramiz Mehdiyev və Əli Həsənov irsi yaşayır və fəaliyyət göstərir, çoxları məni qınayırdı. Yazdıqlarımı indi konkret faktla diqqətinizə çatdırım. Bu günlərdə Ağstafa rayonundan olan şəhid, Vətən Qəhrəmanı Azər Yusiflinin adının əbədləşdirilməsinə və ailəsinə olan biganəlikdən yazmışdım. Yazıdan dərhal sonra Ağstafa icra hakimiyyəti öz səhifəsində yekə bir bəyanat yazıb məni yalanda, qərəzçilikdə suçladı. İttihama konkret faktlarla cavab verdim və səhifəni izləməyə başladım. Dərhal əvvəllər YAP-ın Gənclər təşkilatının sədri olmuş, icra başçısı Seymur Orucovun trol dəstəsi Ağstafa icra başçısı haqqında təriflər yağdırmağa başladılar. Buna baxmayaraq şəhidin doğmaları yazımda göstərdiyim faktlatı təsdiqlədilər və icra başçısı və onun trol dəstəsinin yalanlarını ifşa etdilər. Buna dözməyən S.Orucov bəyanatın şərh bölümünü bağlatdırdı və Şəhidin doğmalarının, vətəndaşların onu ifşa edən bütün rəylərini sildirib ancaq trol dəstəsinin təriflərini saxladı. Səhifələrimi izləyənlər bilirlər ki, bütün rayonlarla bağlı yazılarım olub, ancaq heç birinə belə aqressiv reaksiya görməmişdim. Ona görə də dönə-dönə bu mövzuya qayıdıram.
Qlobal.az



