Hüquq təhsili olmayanlar da məhkəmə iclas katibi vəzifəsinə qəbul ediləcək
Noyabr 18
10:30
2025
Məhkəmə-Hüquq Şurası tərəfindən ölkəmizin əksər bölgələrində hüquqşünas kadrlarının çatışmazlığı, həmçinin yaranmış zərurətlə əlaqədar birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə iclas katibi vəzifəsinin tutulma şərtləri araşdırılıb.
Bu barədə Məhkəmə-Hüquq Şurasından məlumat verilib.
Bildirilib ki, müvafiq vəzifə təlimatının "Təhsilə dair tələblər" bölməsində Hüquqşünaslıq ixtisası ilə yanaşı, Filologiya, Fəlsəfə, Tərcümə (dillər üzrə), Jurnalistika, Kitabşünaslıq, Tarix, Politologiya, Psixologiya, Sosiologiya, Regionşünaslıq (regionlar üzrə), Beynəlxalq münasibətlər, Kitabxanaçılıq və informasiya, Dövlət və ictimai münasibətlər, Dövlət və bələdiyyə idarəetməsi və Sosial iş ixtisasları da daxil edilib.



